Böyükşor gölündə yeni TSTQ-nın inşası təklif olunur

Böyükşor gölündə yeni TSTQ-nın inşası təklif olunur

Tədbirlər

8 Yanvar 2024, 12:03

Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif olunur. Bununla, Böyükşor gölü və Bülbülə gölü ətrafındakı hövzələrdən kanalizasiya və yağış suları toplanaraq Böyükşor gölü yaxınlığındakı TSTQ-yə nəql olunacaq.

 

"Suinfo.az" xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Qeyd edilib ki, Qara Qarayev prospektinin şimalında yerləşən ərazidəki tullantı suları Böyükşor TSTQ-yə axıdılacaq. Böyükşorda təklif olunan tullantı su təmizləyici qurğu Binəqədi və Bülbülə gölündən də tullantı su qəbul edəcək. Yeni boru kəmərləri və nasos stansiyaları tullantı sularının mövcud sistemlərdən yeni Böyükşor TSTQ-yə axıdılmasına imkan verəcək.

 

Qeyd edilən qurğudan təmizlənmiş suyun bir hissəsi tunel vasitəsilə, digər hissəsi isə Bakı şəhərinin ərazisindən keçməklə yeni rekreasiya dəhlizi vasitəsilə axıdılacaqdır. TSTQ digər tərəfdən quru mövsümdə Bülbülə gölünün su ilə təchiz olunması üçün istifadə ediləcəkdir. Fövqəladə axınlar da bu sistemdən axıdılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et