Yağış suları Yevlaxda mərkəzi xəstəxanaya ziyan vurub - FHN rəsmisi

Yağış suları Yevlaxda mərkəzi xəstəxanaya ziyan vurub - FHN rəsmisi

Tədbirlər

12 İyun 2024, 15:31

Yağış suları Yevlaxda ən çox mərkəzi xəstəxanaya ziyan vurub.

 

Suinfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin rəisi Ramin Orucov deyib.

 

Onun sözlərinə görə, intensiv yağıntı Yevlax şəhərində və rayonun bəzi kəndlərində ciddi fəsadlar törədib:

 

"Ötən gecədən başlayaraq intensiv yağışlar nəticəsində Yevlax rayonu ərazisində bir sıra fərdi evlərə və təsərrüfat obyektlərinə ziyan dəymişdi. Yağış suları nəticəsində Yevlax rayonunun Nərimanabad kəndi ərazisindən keçən magistral yolda körpünü uçurmuşdu.

 

Eyni zamanda, şəhərin bəzi ərazilərində yağış sularının gölməçə yaratması müşahidə olunur. Bu da həm nəqliyyatın, həm də sakinlərin hərəkətini məhdudlaşdırıb”.

 

R. Orucov qeyd edib ki, yağış sularının rayon ərazisində ən çox ziyan vurduğu yer şəhər xəstəxanası olub.

 

"Yağış suları ən çox Yevlax mərkəzi xəstəxanasına ziyan vurub. Əhalinin təxliyəsi tam təmin edilib. Hadisə yerlərinə Rayon İcra Hakimiyyətinin, həmçinin FHN Aran regional mərkəzinin texnika və canlı qüvvəsi, o cümlədən, nazirliyin Gəncə regional mərkəzinin bir ədəd texnikası və beş nəfərlik şəxsi heyəti, beş ədəd su nasosu, yanğından mühafizə hissəsinin şəxsi heyəti və üç ədəd su nasosu cəlb edilib. Hazırda sel sularının çəkilməsi işləri davam etdirilir. Əlavə olaraq bildirim ki, tərəfimizdən Mingəçevir şəhərinə də su nasosları və canlı qüvvə göndərilib”, - R.Orucov bildirib.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et