Xəzər dənizinin ekoloji tarazlığı çox kövrəkdir - DEPUTAT

Xəzər dənizinin ekoloji tarazlığı çox kövrəkdir - DEPUTAT

Tədbirlər

10 İyun 2024, 11:10

Xəzər dənizinin ekoloji tarazlığı çox kövrəkdir.

 

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizində baş verən dəyişikliklərin səbəbləri hələ öyrənilməyib: “Xəzər dənizi mürəkkəb regional gündəliyin bariz nümunəsidir. Bu o deməkdir ki, Xəzəryanı dövlətlər birləşməli, ümumi baxış və iqlim gündəliyi hazırlamalıdırlar. Əgər bunu düzgün etsək, təkcə iqlim və ətraf mühitə deyil, həm də bu ölkələrin iqtisadiyyatına müsbət təsir göstərmiş olarıq”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et