Xəzər dənizi ən az tədqiq edilən məkanlardandır - Taleh Ziyadov

Xəzər dənizi ən az tədqiq edilən məkanlardandır - Taleh Ziyadov

Tədbirlər

10 İyun 2024, 10:58

Xəzər dənizi dünyanın ən az tədqiq edilən məkanlarından biridir.

 

Suinfo.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.

 

Onun sözlərinə görə, Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb:

 

“İqlim dəyişikliyi bu region üçün çox aktualdır. Bu məsələdə əməkdaşlıq etmək, beynəlxalq sərmayələri, həmçinin akademik və elmi ictimaiyyətin nümayəndələrini bu regiona cəlb etmək çox vacibdir”.

 

T.Ziyadov əlavə edib ki, yaxın gələcəkdə Xəzər dənizində tədqiqatlara həsr olunmuş mərkəzin yaradılması barədə məlumat veriləcək:

 

“Ehtimal ki, bu mərkəz Bakı limanının ərazisində fəaliyyət göstərəcək, çünki burada lazımi avadanlıqlar mövcuddur”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et