Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Suinfo.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonu ərazisində keçirilən tədbir zamanı Hövsan qəsəbəsi ərazisində “ZİL” markalı yük avtomobilindən çirkab sularının boş əraziyə axıdılması aşkarlanıb.
Texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin avtomobilin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.