Füzulidəki su anbarı 50 min insanın içməli su tələbatını ÖDƏYƏCƏK

Füzulidəki su anbarı 50 min insanın içməli su tələbatını ÖDƏYƏCƏK

Tədbirlər

6 İyun 2024, 14:50

Füzulinin Yuxarı Zərgər kəndinin yaxınlığında tutumu 20 min kubmetr olan mərkəzi su anbarı 2040-cı ilədək 50 min insanın içməli su tələbatını ödəyəcək.

 

Suinfo.az xəbər verir ki, bunu Füzuli rayonuna mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi İlqar Tağıyev deyib.

 

“Füzuli şəhərində 103 kilometr içməli su şəbəkəsi, 100 kilometr uzunluğunda yağış suyu şəbəkəsi və 87 kilometr kanalzasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Tullantı sularının zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı gün ərzində 15 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa ediləcək. Bütün bu sistemlər “Ağıllı su” idarəetmə sistemi ilə təmin olunacaq. Həmçinin layihənin hər bir elementi SCADA sistemi ilə təmin ediləcək”, - deyə qurum rəsmisi əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et