Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur - Elçin Məmmədov

Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur - Elçin Məmmədov

Tədbirlər

6 İyun 2024, 14:06

Otuz illik işğal dövründə bütün infrastruktur kimi, su təsərrüfatı obyektləri də baxımsız qalmış və yararsız hala düşmüş, bəziləri isə qərəzli şəkildə dağıldılmışdı. Vətən müharibəsi və antiterror tədbirləri ilə torpaqlarımız işğaldan azad oluunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə başlanıldı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işçi qrup yaratdı və bu işçi qrup ilkin olaraq bütün su təsərrüfatı ərazilərində monitorinq apardı. Monitorinq nəticəsində məlum oldu ki, digər infrastruktur obyektlərində olduğu kimi, “Köndələnçay” su anbarları kompleksi də yararsız hala salınıb.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Elçin Məmmədov mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

 

“Köndələnçay-1” su anbarı 3,9 milyon kubmetr, “Köndələnçay-2” 2,1 milyon kubmetr, “Aşağı Köndələnçay” su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Bu su anbarları vasitəsilə Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur”, - deyən E.Məmmədov bildirib ki, bərpa zamanı kompleksin müəyyən hissələrində betonlama və bəndbərkitmə işləri aparılıb. Suburaxıcı obyektin bütün mexaniki avadanlıqları yenidən təmir olunub. Suları nəql etmək üçün 3 aqreqatlı nasos stansiyası tikilib və istifadəyə verilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et