Azərbaycanda müasir suvarma sistemi almaq üçün dövlət zəmanətinin verilməsi qaydası təsdiqlənib

Azərbaycanda müasir suvarma sistemi almaq üçün dövlət zəmanətinin verilməsi qaydası təsdiqlənib

5 İyun 2024, 11:40

Nazirlər Kabineti “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləyib

 

Suinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon kredit portfeli 168 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et