Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

3 İyun 2024, 17:21

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər Bölgə Təcrübə Stansiyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tarla seminarı keçirilib.

 

Suinfo.az xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin və Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.

 

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdovun “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.

 

Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə və Tərtər DAİM-in direktoru Mehman Babayev çıxış edərək aqrar sahədə əldə edilən uğurlardan, taxılçılığın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji sahələrdən biri olmasından, taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsindən, bu istiqamətdə problemlər və perspektivlərdən danışıb, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et