Aqrar sahədə tullantı sularının təmizləndikdən sonra istifadə TƏKLİF OLUNDU

Aqrar sahədə tullantı sularının təmizləndikdən sonra istifadə TƏKLİF OLUNDU

31 May 2024, 14:16

Azərbaycanda tullantı sular təmizləndikdən sonra müəyyən kənd təsərrüfatı məhsullarının istehsalı üçün bioloji gübrə ilə qarışdırılıb istifadə oluna bilər.

 

Suinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış Konfransında deyib.

 

"Bununla da həm suya qənaət etmiş, həm də kənd təsərrüfatı məhsuldarlığının artım göstəricisinə nail olarıq", - M. Qənbərov bildirib.

 

Bunun üçün, onun sözlərinə görə, bütün rayonlarının kanalizasiya şəbəkələri mərkəzləşdirilmiş sistemlərə qoşulması üçün cavab verməlidir və burada formalaşan tullantı sular normativ daxilində təmizlənməlidir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et