Su Ehtiyatları Agentliyi şikayətlərin onlayn qəbulu üçün bölmə hazırladı

Su Ehtiyatları Agentliyi şikayətlərin onlayn qəbulu üçün bölmə hazırladı

Tədbirlər

24 May 2024, 16:03

“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkəmizdə biznes subyektlərinin və əhalinin kommunal xidmətlərə çıxışını köklü sürətdə asanlaşdıracaq kompleks tədbirlərin icrasını davam etdiririk”.

 

Suinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov deyib. 

 

Onun sözlərinə görə, Dünya Bank Qrupunun “Business Ready” layihəsinin kommunal xidmətlərə o cümlədən su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı təkmilləşdirmə imkanları yəni proseslərin optimallaşdırılması və elektronlaşdırılması istiqamətində imkanlar müəyyən edilib.

 

“Agentliyin internet səhifəsi vətəndaşlar üçün əlçatandır. Belə ki, müraciət və şikayətlərin onlayn qəbulu üçün saytda xüsusi bölmələr hazırlanmışdır”.

 

Biznes Mühiti və Beynəlxalq Reytinqler üzrə Komissiyasının "Su şəbəkəsinə qoşulma" mövzusu ilə bağlı işçi qrupunun işçi qrupunun iclasında deyib

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et