Sabah “Su şəbəkəsinə qoşulma” mövzusu ilə bağlı iclas keçiriləcək

Sabah “Su şəbəkəsinə qoşulma” mövzusu ilə bağlı iclas keçiriləcək

23 May 2024, 17:11

Sabah biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması, qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların və hədəflərin müzakirəsi mövzusunda növbəti iclası keçiriləcəkdir.

 

Suinfo.az xəbər verir ki, iclas çərçivəsində Su şəbəkəsinə qoşulma ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi və müasir prioritetlərin müzakirə edilməsi nəzərdə tutulur.

 

Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın “www.azranking.az” internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi və ya hazırkı elan bölməsindəki “Təklif göndər” onlayn xidməti vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et