Yasamalda binanın zirzəmisinə dolan su çəkilərək kənarlaşdırılıb - FHN

Yasamalda binanın zirzəmisinə dolan su çəkilərək kənarlaşdırılıb - FHN

22 May 2024, 14:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunun M.Muxtarov küçəsindəki çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su anbarının zədələnməsi nəticəsində su dolması barədə məlumat daxil olub.

 

Suinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunublar.

 

Görülmüş tədbirlər nəticəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et