İqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq - Mişel Pitersman

İqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq - Mişel Pitersman

22 May 2024, 10:50

İqlim maliyyəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə mövzusu olacaq. Bu, kifayət qədər mürəkkəb olsa da, nəticənin əldə edilməsinin mümkün olacağı məsələdir.

 

Suinfo.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Mişel Pitersman ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, ilk baxışdan tələb olunan məbləğ böyük görünür: “Amma zaman keçdikcə bu məbləğ daha da artacaq”.

 

“Şadam ki, bugünkü tədbir də Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycan və Gürcüstan arasında iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığa həsr olunub. Bu əməkdaşlıq bir neçə səbəbə görə, xüsusən də müvafiq ölkələrin iqtisadi inkişafı, sakinlərin sağlamlığı və Xəzər dənizinin gələcəyi üçün zəruridir”, - səfir vurğulayıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et