SOCAR-ın istehsal etdiyi kran Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib

SOCAR-ın istehsal etdiyi kran Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib

21 May 2024, 12:52

Bu günlərdə “STP Şirkətlər Qrupu”na daxil olan SOCAR STP MMC-də istehsal edilən yükqaldıran kran Kəlbəcər rayonu Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib.

 

Suinfo.az xəbər verir ki, şirkətin Mexaniki Emal Zavodunda hazırlanan kran 40 ton yükqaldırma qabiliyyətinə malikdir. Aşırımı 17615 mm, nəzəri çəkisi 19 ton olan bu avadanlıq su elektrik stansiyasında turbinin quraşdırılması və təmiri üçün nəzərdə tutulub.

 

Məlumat üçün qeyd edək ki, SOCAR STP separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna/ Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik və “OCTG Threading” (API, qazma borusu iplərinin kəsilməsi və təmiri) kimi xidmətlər təklif edir.

 

“STP Şirkətlər Qrupu”nun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et