Kəlbəcər və Laçında SES-lərin tikintisi başa çatır - Teymur Abdullayev

Kəlbəcər və Laçında SES-lərin tikintisi başa çatır - Teymur Abdullayev

20 May 2024, 17:19

Medi nümayəndələri bir neçə gün əvvəl Prezidenti İlham açılışını etdiyi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” Su Elektrik stansiyasında olublar.

 

Suinfo.az xəbər verir ki, AzərEnerji ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev jurnalistlərə bildirib ki, Zəngilan rayonunda 4 yerdə hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 42 meqavat olan Su Elektrik stansiyaları tikilib. Bu su elektrik stansiyalarını su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu inşa edilib.

 

"Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Bu tək Elektrik enerjisinin istehsalı üçün yox eyni zamanda ekologiya və kənd təsərrüfatı üçün olduqca əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Zəngilan rayonunun ərazisindən keçən Oxçuçay ermənilər tərəfindən ən çox çirklənməyə məruz qalan çaydır. Baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin yaradır".

 

Qurum rəsmisi onu da deyib ki, Zəngilan SES-də və digər su elektrik stansiyalarında ekoturbinlər quraşdırılıb. "Bu turbinlər çayda su azaldıqda özünü dayandırmaq qabiliyyətinə malıikdir. Eyni zamanda daha sərfəli elektrik enerjisi istehsal etməyə qadirdir. 42 meqavat gücündə olan bu 4 elektrik stansiyasında istehsal olunan enerji Zəngilan rayonun tələbatın ödədikdən sonra artıq qalan enerji ölkənin enerji sisteminə ötrülür".

 

T.Abdullayev onuda deyib ki, hazırda Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et