“Zəngilan” və “Şayıflı” SES-ləri ekoloji cəhətdən təmiz enerji İSTEHSAL EDƏCƏK

“Zəngilan” və “Şayıflı” SES-ləri ekoloji cəhətdən təmiz enerji İSTEHSAL EDƏCƏK

Tədbirlər

20 May 2024, 17:07

Prezident İlham Əliyevim mayın 18-də açılışını etdiyi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları ekoloji cəhətdən təmiz enerji istehsal edəcək.

 

Suinfo.az xəbər verir ki, bu barədə rayona təşkil olunmuş mediaturda səhmdar cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib.

 

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən “Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib: “Şayıflı” və “Zəngilan” SES-lər açılışa hazır vəziyyətə gətirilib, “Sarıqışlaq” SES-də isə işlər başa çatdırılıb”.

 

Qurum rəsmisi qeyd edib ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib: “Ümumi uzunluğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngəzur mis-molibden, Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdılır. Bu amillərə görə Oxçuçayın üzərində baş suqəbuledicinin yaradılması enerji istehsalından əlavə, ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək”.

 

“Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin yaradır. Eyni zamanda, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledicinin yaradılması olduqca əhəmiyyətli hadisədir. Ona görə də burada dib sutullayıcı, suaşıran, lil ötürücü və balıq vətəgə qurğuları yaradılıb. Baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılaraq kaskad üsulla tikilən SES-lərə giriş-çıxış olmaqla ümumilikdə 23,5 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib və borudan çıxan su təkrar çaya buraxılır”, - T. Abdullayev qeyd edib.

 

“AzərEnerji” ASC-nin rəsmisi onu da deyib ki, Zəngilan SES-də və digər SES-lərdə ekoturbinlər quraşdırılıb: "Bu turbinlər çayda su azaldıqda özünü dayandırmaq qabiliyyətinə maıikdir. Eyni zamanda daha sərfəli elektrik enerjisi istehsal etməyə qadirdir. 42 meqavat gücündə olan bu 4 elektrik stansiyasında istehsal olunan enerji Zəngilan rayonun tələbatın ödədikdən sonra artıq qalan enerji ölkənin enerji sisteminə ötrülür".

 

T.Abdullayev bildirib ki, hazırda Kəlbəcər və Laçın rayonlarında SES-lərin tikintisi başa çatmaq üzrədir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et

Ən çox oxunanlar