Ölkədə müasir suvarma sistemlərinin istifadəsi təşviq edilir - Azad Cəfərli

Ölkədə müasir suvarma sistemlərinin istifadəsi təşviq edilir - Azad Cəfərli

17 May 2024, 16:56

Kənd Təsərrüfatı Nazirliyi son 5 ildə fermerlərə irriqasiya sistemlərinin quraşdırılması üçün 93,3 milyon manat subsidiya ayırıb.

 

Suinfo.az xəbər verir ki, bunu nazirliyin Aparat rəhbəri Azad Cəfərli "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

 

Onun sözlərinə görə, bu vəsait 38,2 min hektar ərazi üçün ayrılıb.

 

A. Cəfərli qeyd edib ki, Azərbaycanda 119 500 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb: "Ölkədə müasir suvarma sistemlərinin istifadəsi təşviq edilir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et