2023-cü ildə rekord sayda daşqın hadisəsi qeydə alınıb - Umayra Tağıyeva

2023-cü ildə rekord sayda daşqın hadisəsi qeydə alınıb - Umayra Tağıyeva

Tədbirlər

17 May 2024, 12:35

2020-2022-ci illərdə Azərbaycanda daşqınların sayı 20 olduğu halda, 2023-cü ildə bu rəqəm 147-ə çatdı. Bu rekorddur.

 

Suinfo.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans çərçivəsində baş tutan “İqlim dəyişikliyinin təsir və riskləri ilə mübarizə: COP29 üzrə perspektiv baxışımız” adlı panel sessiya zamanı ekologiya və təbii sərvətləri nazirinin müavini Umayra Tağıyeva deyib.

 

“İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq şəkildə nəzərə alınmalıdır”, - o əlavə edib.

 

Nazir müavininin sözlərinə görə, son 20 ilin nəticələrinə görə, istixana dalğasının sayı Bakıda 14, regionlarda isə 6 dəfə artıb.

 

“Biz karbon izinin azaldılmasından danışırqsa, bunun üçün yaşıl düşüncə və yaşıl yanaşma öncəlik təşkil etməlidir”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et