Göygöldə yaşıllıqların artırılması, ekoloji tarazlığın və gənclər arasında ətraf mühitin qorunmasının təbliği məqsədilə “Təmiz Göygöl” Gənclərin eko-aksiyası və forumu baş tutub.
Tədbirdə 120 nəfərdən çox gənc və müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Suinfo.az xəbər verir ki, forumda “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi”, “Son 1 ildə “Təmiz Göygöl” təmizlik aksiyasında gənclərin aktivliyi”, “Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər” mövzularında panel müzakirələr təşkil olunub. Panel müzakirələrində gənclərin sualları cavablandırılıb.
Daha sonra Göygöl rayonunda müəyyən edilmiş ərazidə gənclərin iştirakı ilə 100 ədəd Eldar şamı əkilib.