Qarabağda kiçik su elektrik stansiyalarının yaradılması çox səmərəlidir - BOEM rəhbəri

Qarabağda kiçik su elektrik stansiyalarının yaradılması çox səmərəlidir - BOEM rəhbəri

16 May 2024, 11:56

Azərbaycanda bərpa olunan enerji sahəsindəki qanunvericilik Avropa qanunvericiliyinə uyğunlaşdırılır.

 

Suinfo.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri (BOEM) Dövlət Agentliyinin Hindoregen və "yaşıl texnologiya"lar departamentinin rəhbəri Rəna Hümbətova Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

 

Onun sözlərinə görə, bərpa olunan enerji sahəsində indiyə kimi 100-ə yaxın layihə həyata keçirib.

 

"Azərbaycan "yaşıl enerji" sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyət həyata keçirilir. Bildiyimiz kimi Azərbaycan 2030-cü ilə kimi karbon emissiyaların 35 %, 2050-ci ilə qədər isə 40 % azaldmağı öhdəlik olaraq üzərinə götürüb. Ölkəmiz işğaldan azad olunan ərazilərdə sıfr emissiya zonası yaratmağı hədəfləyir",- deyə o qeyd edib.

İşğaldan azad olunan ərazilərdə bərpa olunan enerji sahəsində böyük potensialın olduğunu deyən R. Hümbətova burada kiçik su elektrik stansiyalarının yaradılmasının çox səmərəli olduğunu diqqətə çatdırıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et