Su ehtiyatlarımız 15 faiz azalıb - Nazirlik rəsmisi

Su ehtiyatlarımız 15 faiz azalıb - Nazirlik rəsmisi

16 May 2024, 10:56

İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.

 

Suinfo.az xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

 

O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyyatlarında 15 faizə qədər azalma var”.

 

Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühim hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et