Niderlandın su məsələləri üzrə səfiri Azərbaycana gələcək

Niderlandın su məsələləri üzrə səfiri Azərbaycana gələcək

15 May 2024, 17:41

Bu ilin iyul ayında Niderland Krallığından Azərbaycana su sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndəlindən ibarət ticarət missiyası səfər edəcək.

 

Suinfo.az xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva deyib.

 

Onun sözlərinə görə, iyulda Niderland Krallığının su məsələləri üzrə səfiri Azərbaycana gələcək: "Sözügedən ticarət missiyası səfirin səfəri çərçivəsində təşkil ediləcək".

 

"Niderlandın su şirkətləri Azərbaycanda 2000-ci ildən aktivdirlər. Biz onların burda daha da fəal olmağını istəyiik, jna görə də ticarət missiyası təşkil olunacaq", -deyə Ş. Balakişiyeva qeyd edib.

 

O əlavə edib ki, Bakıda Su İnnovasiya Forumun təşkili nəzərdə tutulur: "Niderland öz bilik və bacarıqlarını forumda panel müzakirələri çərçivəsində paylaşmaq istəyir".

 

Ş. Balakişiyeva həmçinin bildirib ki, Niderland kənd təsərrüfatı sektorunda dünyada əsas ölkələrdən biridir və Azərbaycanda bu sahədə iş görməkdə maraqlıdır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et