Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda axan Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə istifadəsi nəzərdə tutulan Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib.
Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə deyib.
O vurğulayıb ki, su anbarının həcmi 27 milyon kubmetr təşkil edir: “Su anbarından çıxacaq magistral kanalın suburaxma qabiliyyəti: saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək".
(Report)