Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib - Riad Axundzadə

Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib - Riad Axundzadə

15 May 2024, 16:28

Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda axan Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə istifadəsi nəzərdə tutulan Zabuxçay su anbarında işlərin 91 %-i icra edilib.

 

Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə deyib.

 

O vurğulayıb ki, su anbarının həcmi 27 milyon kubmetr təşkil edir: “Su anbarından çıxacaq magistral kanalın suburaxma qabiliyyəti: saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək".

 

(Report)

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et