Naxçıvanda fərdi yaşayış evlərin su basdı

Naxçıvanda fərdi yaşayış evlərin su basdı

14 May 2024, 15:26

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb.

 

Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et