Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işləri bu axşam başa çatacaq.
Azərbaycan Dövlət Su ehtiyatları Agentliyindən Suinfo.az-a verilən məlumata görə, su kəmərinin 171-ci kilometrində təmir və mənbədə yeni siyirtmənin quraşdırılması ilə bağlı işlər axşam saatlarında yekunlaşacaq.
Bildirilir ki, axşam saatlarından etibarən kəmərə suyun vurulmasına başlanılacaq. Sabah isə günün sonuna qədər kəmər su ilə doldurulacaq və hidrovliki rejimlər bepa olunacaq. Bundan sonra artıq Oğuz - Qəbələ - Bakı su kəməri ilə Abşerən yarımadasına və Bakı şəhərinə içməli suyun verilməsi təmin olunacaq.