Dənizdə süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi TƏSDİQLƏNDİ

Dənizdə süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi TƏSDİQLƏNDİ

Tədbirlər

7 May 2024, 12:02

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

 

Suinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et