Duzsuzlaşdırılan su bəzi su mənbələrimizdən daha içməli vəziyəttdə olacaq- SƏDR

Duzsuzlaşdırılan su bəzi su mənbələrimizdən daha içməli vəziyəttdə olacaq- SƏDR

6 May 2024, 17:29

Hər şey hazır olduqdan sonra duzsuzlaşdırılan su bəzi su mənbələrimizdən daha təmiz və içməli olacaq.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov söyləyib.

 

"Azərbaycan kimi dəniz sahilində yerləşən ölkələr üçün dəniz suyunun duzsuzlaşdırılması son dərəcə aktualdır. Prezident İlahm Əliyevin də ötən il duzsuzlaşdırma ilə bağlı sərəncamı oldu. Bu işin görülməsi üçün layihəyə böyük təcrübəyə malik beynəlxalq məsləhətçilər cəlb olundu. Artıq hazırlıq işləri bitib və tender prosesinə başlamışıq. Bir çox beynəlxalq nüfuzlu şirkətlər bu layihəyə maraq göstərirlər. Yay ayının sonuna qədər təklifləri əldə edəcəyik və bunun üzərində qərarlarımızı verəcəyik. Artıq hər şey hazır olduqdan sonra duzsuzlaşdırılan su bəzi su mənbələrimizdən daha təmiz və içməli olacaq",- deyə agentlik sədri bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et