13 su anbarının tikintisi davam etdirilir - Zaur Mikayılov

13 su anbarının tikintisi davam etdirilir - Zaur Mikayılov

6 May 2024, 15:07

Azərbaycan su stressi yaşayan ölkələrdəndir. Gələcəkdə bu vəziyyətin daha da ağırlaşacağı gözlənilir. 

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov söyləyib.

 

"Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Bu tədbirlərdən birincisi var olan insfrastrukturlarda su itkisinin azaldılmasıdır. Hazırda 6 yeni kanalın inşasına başlanıb və onun 4-ü bitmək üzrədir. Növbəti tədbir isə yeni su rezervlərinin yaradılmasıdır. 13 dənə anbarın tikinti işləri davam etdirilir. Həmçinin Yengicə və Əlicançay su anbarları da tikilir. Viləşçay, Ağsuçay kimi daxili çaylarımız üzərində anbarlar yaradaraq, rezervlərimizi çoxalması istiqamətində işlər aparılır",- deyə o əlavə edib. 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et