Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum oldu

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum oldu

29 Aprel 2024, 17:51

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 fəaliyyət istiqaməti olacaq.

 

Suinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

 

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

- tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək;

 

- əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin etmək;

 

- su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərinin inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil etmək;

 

Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et