Meliorasiya Xidmətinin fəaliyyət istiqamətləri AÇIQLANDI

Meliorasiya Xidmətinin fəaliyyət istiqamətləri AÇIQLANDI

29 Aprel 2024, 17:35

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti 9 fəaliyyət istiqaməti olacaq.

 

Suinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

 

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

 

- dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək;

 

- meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;

 

- ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək;

 

- balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

 

- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

 

- su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;

 

- müvafiq sahənin inkişafını təmin etmək;

 

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et