Su anbarında batan gəncin meyiti TAPILDI

Su anbarında batan gəncin meyiti TAPILDI

Tədbirlər

21 Aprel 2024, 12:03

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Suinfo.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

 

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et