Xəzəryanı ölkələr dənizin biomüxtəlifliyini qorumalıdır - İran Baş prokurorunun müavini

Xəzəryanı ölkələr dənizin biomüxtəlifliyini qorumalıdır - İran Baş prokurorunun müavini

4 Aprel 2024, 10:55

Xəzəryanı dövlətlər dənizin biomüxtəlifliyini qorumalıdır.

 

Suinfo.az xəbər verir ki, bunu İranın Baş prokurorunun müavini Qolam Abbas Torki Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü zamanı deyib.

 

“İlk növbədə, “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar Rusiyaya başsağlığı vermək istərdik. Xəzərin mühafizəsinə gəlincə, hazırda onun mühafizəsi ilə bağlı 200-dən çox sənədimiz var. Bu sənədlər Xəzərin resurslarından hər hansı sui-istifadə hallarının qarşısının alınması üçün mühümdür”, - o bildirib.

 

Onun sözlərinə görə, bu problemi həll etmək üçün müvafiq idarəetmə rıçaqlarının formalaşdırılması çox vacibdir: “Bu işdə prokurorluq orqanlarının xüsusi rolu olacaq. Bugünkü görüş gələcək əməkdaşlıq üçün perspektivlər açır”.

 


 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et