Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb

Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb

Tədbirlər

20 Mart 2024, 13:46

Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verib.

 

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

 

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

 

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin

edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et