Qarabağda 17 SES tikilib və ya bərpa edilib

Qarabağda 17 SES tikilib və ya bərpa edilib

Tədbirlər

15 Mart 2024, 12:38

İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub.

 

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

 

"İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib”, - deyə o bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et