SOCAR-ın layihəsi hesabına 350-400 min kubmetr suya qənaət oluna bilər

SOCAR-ın layihəsi hesabına 350-400 min kubmetr suya qənaət oluna bilər

Tədbirlər

14 Mart 2024, 14:00

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) texniki su xəttinin neft emalı zavodunun ərazisinə gətirilməsi üçün layihə üzərində çalışır.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC-nin Elektron idarəertmə və müasir texnologiyalar departamentinin rəisi Cabbar Cabbarlı Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

 

"Hazırda NEZ ən böyük su istehlakçılarından biridir və ay ərzində 350-400 min kubmetr su alırlar. SOCAR-ın layihəsi reallaşdığı təqdirdə 350-400 min kubmetr sudan qənaət etmiş olarıq", - C. Cabbarlı deyib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et