Müasir suvarma sistemlərinin tətbiqi üçün müəyyən infrastruktur həllərinə ehtiyac var

Müasir suvarma sistemlərinin tətbiqi üçün müəyyən infrastruktur həllərinə ehtiyac var

Tədbirlər

14 Mart 2024, 12:36

Hər bir innovasiyanın, o cümlədən müasir suvarma sistemlərinin tətbiqi üçün müəyyən infrastruktur həllərinə ehtiyac var.

 

Suinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

 

Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir.

 

"Bu istiqamətdə hədəfimiz maksimum innovativ metod və üsullardan istifadə olunmaqla aqrar sektorun fəaliyyətinin təşkilidir. Təbii ki, hər bir innovasiyanın, o cümlədən müasir suvarma sistemlərinin tətbiqi üçün müəyyən infrastruktur həllərinə ehtiyac var. Beləki, idarəolunan suvarma sistemlərinin tətbiqi genişləndirilməsi üçün torpaqların konsolidasiyasının aparılmasına, qapalı şəbəkə vasitəsilə təziyiqli suyun verilməsinı və s. bu kimi tədbirlərin görülməsinə ehtiyac var",- deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et