İldə 32 milyard kubmetr su toplanılır

İldə 32 milyard kubmetr su toplanılır

Tədbirlər

14 Mart 2024, 10:21

Azərbaycanda illik 30-32 milyard, azsulu dövrlərdə isə 20-22 milyard kubmetr su formalaşır.

 

Suinfo.az xəbər verir ki, bunu "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyaglafı Agentliyinin nümayəndəsi Zakir Quliyev söyləyib.

 

"Azərbaycanda illik 30-32 milyard, azsulu dövrlərdə isə 20-22 milyard kubmetr su formalaşır. Son illərdə isə ölkəmizdə 17 milyard kubmetr formalaşmışdır. Kənd təsərrüfatında istifadə edilən sular Kür, Araz və Samur çaylarıdır. Respublikada 8359 çay mövcuddur. Bu 8359 çayın istifadəsində də çətinlik olur. Çünki kənd təsərrüfatında istifadə olunan çaylar ölkə hüdudları xaricində formalaşır. Digərləri isə bitkilərin sulanmasında az istifadə olunur, çünki tez quruyan çaylar sayılır. Məlumat üçün bildirmək istəyirəm ki, bu çayların 10-15 faizi  kənd təsərrüfatında istifadə olunur. Azərbaycanda 21.5 milyard kubmetr olan 135 su anbarı mövcuddur. Bildirmək istəyirəm ki, quraqlıqa baxmayaraq su anbarlarînda 3-3.5 milyard su toplanmasına nail olmuşuq. Bunlar da kənd təsərrüfatında istifadə olunur",- deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et