Azərbaycanda quraqlığa görə taxıl sahələri məhv olur - Nazir müavini

Azərbaycanda quraqlığa görə taxıl sahələri məhv olur - Nazir müavini

Tədbirlər

14 Mart 2024, 10:08

Suvarılan ərazilərin cəmi 8,5 faizində müasir suvarma sistemləri mövcuddur.

 

Suinfo.az xəbər verir ki, bunu "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Kənd Təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov söyləyib.

 

O bildirib ki, ötən mövsüm 160 min hektar ərazi quraqlıqdan məhv olub.

 

"Son illər dünyada qlobal iqlim dəyişmələri artıq reallığa çevrilib. Respublikamız da quraqlıqdan əziyyət çəkən ölkələr arasındadır. Quraqlıq nəticəsidə ölkəmizdə taxıl sahələrinin məhv olduğu müşahidə olunur. Bildirmək istəyirəm ki, ötən mövsüm 160 min hektar ərazi quraqlıqdan məhv olub. Bu tendensiya quraqlıq dövründə suyun nə qədər önəmli olduğunu göstərir. Su ehtiyyatlarımızın 70-80 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Lakin suvarılan ərazilərin cəmi 8,5 faizində müasir suvarma sistemləri mövcuddur",- o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et