Su anbarlarını dağətəyi ərazilərdə tikmək lazımdır

Su anbarlarını dağətəyi ərazilərdə tikmək lazımdır

Tədbirlər

13 Mart 2024, 14:32

Düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur.

 

Suinfo.az xəbər verir ki, bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

 

Mühəndis qeyd edib ki, yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib.

 

"Bu, su anbarlarının tikintisini vacib edir. Lakin su anbarlarını düzənlik yox, dağətəyi yerdə tikmək lazımdır. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 % fərq var", - deyə o qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et