Ölkəmiz mövcud buzlaqların 80 faizini əsrin sonuna qədər itirəcək

Ölkəmiz mövcud buzlaqların 80 faizini əsrin sonuna qədər itirəcək

Tədbirlər

13 Mart 2024, 13:25

Son 20 ildə Azərbaycanda buzlaqların əriməsi 13 kilometrə çatıb. Nəticədə mövcud buzlaqların 80 faizini əsrin sonuna qədər itirəcəyik.

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") konfransında deyib.

O qeyd edib ki, su ehtiyatlarımızın əsas hissəsi transsərhəd çaylardan aslıdır.

“Azərbaycan su resursları az olan ölkədir. Buna görə əlimizdə olan şirin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Ölkəmizin daxilində şirin su ehtiyyatlarının 90 faizi Böyük və Kiçik Qafqaz dağlarının hesabına formalaşır”, - deyə o qeyd edib.

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et