Salyanda kollektor daşdı - Həyətləri su basdı

Salyanda kollektor daşdı - Həyətləri su basdı

12 Mart 2024, 15:17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt sularının yığılması barədə məlumat daxil olub.

 

Nazirliyin Mətbuat xidmətindən Suinfo.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et