Su itkiləri ən çox kənd təsərrüfatı sektorunda baş verir

Su itkiləri ən çox kənd təsərrüfatı sektorunda baş verir

Tədbirlər

12 Mart 2024, 14:38

Su itkilərinin ən çox baş verdiyi sektor kənd təsərrüfatıdır.

 

Suinfo.az xəbər verir ki, bunu "Su,Qida və Enerji" panel müzakirəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Fuad Nəsirov söyləyib.

 

"Hazırda bir çox ölkələr su çatışmazlığından əziyyət çəkir. Məhz ölkəmizdə bu siyahıdadır. Ölkəmizin yerüstü su ehtiyatlarının 30 faizi ölkə daxilində formalaşır. Əhalinin su təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Respublika ərazisində 8259 çay mövcuddur və bunların 98 faizi kiçik çaydır. Daxili çayların əksəriyyəti yaz dövrünə duşdüyündən, tənzimlənmir. Sel və daşqınlardan da səmərəli istifadə etmək olmur. Ölkəmizdə olan çayların yalnız 15 faizindən suvarmada istifadə etmək olur. Azərbaycan su ehtiyatları Gürcüstandan 7.7, Ermənistandan isə 2.2 dəfə azdır. Su itkilərimizin ən çox baş verdiyi sahə isə kənd təsərrüfatı sektorudur",- deye o bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et