Ermənistan su resurslarına görə Azərbaycanı üstələyir - Agentlik rəsmisi

Ermənistan su resurslarına görə Azərbaycanı üstələyir - Agentlik rəsmisi

Tədbirlər

12 Mart 2024, 12:18

Gürcüstan və Ermənistan suresurslarına görə Azərbaycanı üstələyir.

 

Suinfo.az xəbər verir ki, bu sözləri "Azərbaycanda Su Təsərrüfatında Müasir Trendlər və İnkişaf Planları" pnael müzakirəsində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nümayəndəsi Yusif Əhədi söyləyib.

 

"Respublikamızda su problemləri məlum məsələlərdən biridir. Ölkə əhalisinin artması, suvarılan yeni ərazilərin artması su ehtiyatların azalmasına gətirib çixarır. Suya tələbatımız günü gündən artır. Dövlət başçımızın qərarına əsasən relyefə bağlı olaraq 10 su anbarının tikintisi davam edir. Boyük qayıdış proqramı çərçivəsində Qarbağ və Şərqi Zəngəzurun su ehtiyyatlarından kompleks istifadə edilməsi və su anbarlarının inşası diqqət mərkəzimizdədir. Azərbaycan bölgənin ən çox sudan əziyyət çəkən ölkəsidir. Bölgədə olan su resursların 15 faizinə sahibik. Həm Ermənistan həm də Gürcüstan bizi su resurslarına görə üstələyir. Transsərhəd asılılığının azaldılması, bu sahədə təhdidlərin aradan qaldırılması halhazırki dövrdə zəruridir",- deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et