Ən az yağıntı Azərbaycanla Türkiyəyə düşür - Səfir

Ən az yağıntı Azərbaycanla Türkiyəyə düşür - Səfir

Tədbirlər

12 Mart 2024, 11:39

Azərbaycan və Türkiyəyə az yağıntı düşür. Cənubi Qafqazda indi əvvəlki illərə nisbətən daha az yağış yağır. Ona görə də suyumuzu daha səmərəli istifadə etməliyik.

 

Suinfo.az xəbər verir ki, bu sözləri Türkiyə səfiri Cahit Bağcı söyləyib.

 

O bildirib ki, Azərbaycanın iqlim dəyişmələri, qlobal istiləşmə və suyun əhəmiyyəti mövzusunda belə bir tədbir keçirməsi son dərəcə qiymətlidir.

 

"Hər il Bakıda təsərrüfat, insfrastruktur ilə bağlı tədbirlər keçirilir. Azərbaycanda su tədbirinin keçirilməsi son dərəcə önəmlidir. Azərbaycanın iqlim dəyişmələri, qlobal istiləşmə və suyun əhəmiyyəti mövzusunda belə bir tədbiri keçirməsi son dərəcə qiymətlidir. Azərbaycan və Türkiyəyə az yağıntı düşür. Cənubi Qafqazda indi əvvəlki illərə nisbətən daha az yağış yağır. Ona görə də suyumuzu daha səmərəli istifadə etməliyik. Su bizim üçün çox önəmlidir. Biz burada modern su sistemlərinin burada sərgiləndiyini görürük. Burada tək suyun səmərəli istifadəsi deyil, həmçinin çirkli sularında təmizlənməsi mövzusu əsas məsələlərdən biridir. Çünki çirkli suların idarə olunması da gərəkdir. Bura su texnologiyaların, proyektlərin sərgiləndiyi gözəl tədbirdir. Halhazırda 90-a yaxın ölkə iştirak edir. Azərbaycan artıq bir tədbir ölkəsinə çevrilib. Bakı su həftəsini təşkil edən tərəfləri təbrik edirəm. Hər zaman olduğu kimi indi də bu tədbirdə Azərbaycandan sonra ən çox iştirak edən ölkə Türkiyədir. Şirkətlərimiz ilə qürur duyuruq. Türkiyənin hər sferada təcrübəsini Azərbaycanla bölüşməyini də önəmsədiyimiz üçün şirkətlərimizin iştirak etməsinə təşvik edirik. Burada bütün firmalarımızı gəzdik və rəqiblərimizi də gördük. Çox gözəl bir tədbirdir. Hər kəsi təbrik edirəm".

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et