Bakıda Su həftəsi BAŞLADI

Bakıda Su həftəsi BAŞLADI

Tədbirlər

12 Mart 2024, 10:10

Bu gün Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını əhatə edən Bakı Su Həftəsi tədbirinin açılış mərasimi baş tutub.

 

Suinfo.az xəbər verir ki, tədbir analiz və laboratoriya texnologiyaları, borular və boru kəməri avadanlığı və məhsulları, drenaj üçün avadanlıqlar, hidrotexniki qurğular, içməli suların emalı və digər bölmələri əhatə edir.

 

 Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləmişdir.

 

İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et