Anar Məmmədov Qaradağlıda su açılışında - Fotolar

Anar Məmmədov Qaradağlıda su açılışında - Fotolar

11 Mart 2024, 12:18

Millət vəkili Anar Məmmədov Goranboy rayonu Qaradağlı kəndində şəhid ailələri ilə birlikdə su açılışında iştirak edib.

 

Suinfo.az xəbər verir ki, açılışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib. 

 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Anar Məmmədovun dəstəyi ilə Goranboy rayonunun Qaradağlı kəndində şəhid ailələrinin və kənd sakinlərinin həyətyanı torpaq sahələrinin suvarılması üçün su çəni istifadəyə verilib.

 

Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

 

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

(Qafqazinfo)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et