Kəndlərdə içməli su və kanalizasiya sistemlərini özəl şirkətlər QURACAQ

Kəndlərdə içməli su və kanalizasiya sistemlərini özəl şirkətlər QURACAQ

28 Fevral 2024, 14:14

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kəndlərlə əlaqədar yeni layihə hazırlayır.

 

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

 

"Bir çox kəndlərdə içməli su və kanalizasiya sistemlərini özəl şirkətlərin qurması nəzərdə tutulur. Burada məqsəd özəl sektor vasitəsilə xidmət edib, ödənişi almaqla insanların təmiz suya əlçatanlığını təmin etməkdir. Bu, həm də dövlətin yükünü azaltmaqdır. Dövlət həmin vəsaitdən başqa yerlərdə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır", - deyə o qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et