Bu il 5 min paqonometrdən çox mühafizə bəndi tikilib

Bu il 5 min paqonometrdən çox mühafizə bəndi tikilib

Tədbirlər

30 Noyabr 2023, 17:50

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahilbərkitmə tədbirləri üzrə 5 325 paqonometr uzunluğunda mühafizə bəndi tikilib.

 

Bu barədə “Suinfo.az”a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

 

Məlumata görə, mühafizə bəndlərinin 4 763 paqonometri beton, 562 paqonometri isə daş tökmə olub.

 

Xatırladaq ki, ölkə üzrə 1786,1 kilometr uzunluğunda mühafizə bəndi mövcuddur. Bonunun 935 kilometri Kür çayı, 134 kilometri Araz çayı, 420 kilometri dağ çaylarında qalan hissəsi isə digər çaylardadır. Mühafizə bəndlərində ümumilikdə 155 hidrotexniki qurğu fəaliyyət göstərir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et